Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Həbsxanada intihar

O, arvadını öldürüb, qayınanasını yaralayıb

Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. 

Bakı Ağır Cəza Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilən, Astara rayon sakini, 1974-cü il təvəllüdlü Rövşən Əsədullayev saxlanıldığı müəssisənin hamamında özünü mələfə ilə dəmir borudan asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, 2010-cu ilin payızında Rövşən Əsədullayev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Kəmalə Zərbəliyeva və qayınanası Zərxanım Zərbəliyevanı bıçaqlayıb. Kəmalə aldığı çoxsaylı bıçaq xəsarətlərindən hadisə yerində keçinib. Qayınana Zərxanım isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R. Əsədullayev daha sonra özünə də xəsarət yetirib.

Bakı Ağır Cəza Məhkəməsinin hökmü ilə R. Əsədullayev 14 il müddətinə azadlıqdan məhrum edilib.






4 İyul, 2011  14:27 Baxılıb: 1624 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner