Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

71 polis işdən çıxarılıb

DİN-DƏ 71 NƏFƏR XARİC EDİLİB

Azərbaycanda daxili işlər orqanlarında bu il 26 fakt üzrə 71 əməkdaş xidmətdən xaric edilib, 11 nəfər tutduğu vəzifədən azad olunub,bunu "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib. 

Nazir bildirib ki, bu ilin 6 ayında polis orqanlarında 22 rəhbər vəzifəli şəxs cəzalandırılıb, 8 material əmələ hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Nazirin sözlərinə görə, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya"yanın icra olunduğu dövrdə 137 mindən çox müraciət daxil olub.
Həmin müraciətlərin təxminən 1 faizi əməkdaşların korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verməsi ilə bağlıdır.

"Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrasının davab etdirildiyini deyən Usubov bildirib ki, 2008-2010-cu illərdə insan və vətəndaş hüquqlarının pozulması ilə bağlı aşkarlanmış 437 fakta görə 685 əməkdaş barəsində ciddi intizam tənbehi tədbirləri görülüb. O cümlədən 34 nəfər xidmətdən xaric olunub.

"Fəaliyyətdə şəffaflığın artırılması, aidiyyəti məsələlərlə əlaqədar müraciətlərin bilavasitə ünsiyyət olmadan qəbulu və çevik həll edilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili üzrə də əhəmiyyətli işlər görülür", nazir deyib.

Daxili işlər orqanlarında aparılan islahatların gedişindən razı olduğunu vurğulayan Usubov bildirib ki, həyata keçirilən və praktikada özünü doğrultmuş bütün tədbirlər cinayətkarlığa qarşı mübarizəyə, vətəndaşların həyatının, sağlamlığının, qanuni mənafelərinin hüquqazidd əməllərdən effektiv qorunmasına xidmət edir.






2 İyul, 2011  15:20 Baxılıb: 1018 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner