Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Keçmiş rəisinin acığına İcra Hakimiyyətinə silahlı basqın etdi

Basqınçı həbs edildi

APA-nın Qarabağ bürosunun məlumatına görə, Goranboy rayon sakini, keçmiş polis əməkdaşı, 45 yaşlı Qasımov Rəhman Allahverdi oğlu özünə məxsus qoşalülə ov tüfəngi ilə Goranboy rayon icra hakimiyyətinə basqın edib. Hadisəyə səbəb Rəhman Qasımovun Goranboy Rayon Polis Şöbəsinin rəisi Məhəmməd Məmmədovdan maddi kömək istəməsi olub. Xəstə olduğunu əsas gətirərək maddi kömək istəyən Qasımova hər hansı bir kömək etmək imkanının olmadığı bildirildikdə o evindən qoşalülə ov tüfəngini götürüb etiraz əlaməti olaraq Goranboy icra hakimiyyətinə gəlib. İcra hakimiyyətinin əməkdaşları onu sakitləşdirməyə çalışdıqları vaxt hadisə yerinə gələn Məhəmməd Məmmədovu görən Qasımov onu atəş açacağı ilə hədələyib. Lakin Qasımov tərksilah olunub və polis əməkdaşları tərəfindən həbs edilib.

Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Baxış Abdullayev APA-nın Qarabağ bürosuna bildirib ki, insident zamanı heç kəs xəsarət almayıb və RİH-nə hər hansı maddi zərər dəyməyib.

Faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma aparılır.






2 İyul, 2011  13:34 Baxılıb: 1000 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner