Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İqtisadi İnkişaf Nazirliyi saytını təzələdi

www.economy.gov.az Azərbaycanın əsas makroiqtisadi göstəricilər, sahibkarlığın inkişaf dinamikası barədə dolğun məlumat verir

İqtisadi İnkişaf Nazirliyi (İİN) bu gün yenilənmiş internet səhifəsinin təqdimatı keçirib. 
Nazirliyin mətbuat xitmətindən Simsar.az-a daxil olan məlumata görə, İİN-nin təşkilatçılığı, Microsoft, ULTRA və Azerfon şirkətlərinin dəstəyi ilə keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələri iştirak ediblər.

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın sözlərinə görə, müasir texnologiyaların tətbiqi Nazirliyin fəaliyyətinə səmərəliliyin yüksəlməsi, icra strukturu ilə vətəndaşlar və digər dövlət qurumları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşması, operativliyin təmin olunması üçün müsbət təsir göstərib.

Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Elektron Azərbaycan Dövlət Proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat vermiş, bu sahədə İqtisadi İnkişaf Nazirliyində görülmüş işləri müsbət qiymətləndirib.


Microsoft şirkətinin Orta və Şərqi Avropa, Afrika üzrə direktoru Mustafa Kılıçaslan çıxışında dünyada Elektron hökumətə yanaşma, eləcə də müasir texnologiyaların tətbiqinin dövlət idarəçiliyinin təkmilləşdirilməsində rolu barədə məlumat verib. Azərbaycan
hökumətinin İKT-nin inkişafına göstərdiyi diqqətin təqdirəlayiq olduğunu vurğulayan Mustafa Kılıçaslan, bu sahədə görülmüş işlərdən məmnunluğunu ifadə edib.


İİN yenilənmiş internet səhifəsi www.economy.gov.az Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən saytda Azərbaycanın əsas makroiqtisadi göstəriciləri, regionların inkişafı, ölkə iqtisadiyyatına yatırılan investisiyalar, sahibkarlığın inkişaf dinamikası, beynəlxalq maliyyə institutları ilə əlaqələr və s. məlumatları paylaşır. Saytın başlıca üstünlükləri canlı əlaqə, müraciətlərin sayt vasitəsilə qəbulu və cavablandırılması, vətəndaşların qəbula yazılması, Nazirliyin məlumatlarına abunə imkanının olmasıdır.

RAMİL






1 İyul, 2011  20:30 Baxılıb: 1361 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner