Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İCTİMAİ PALATA BURAXILMAQ ƏRƏFƏSİNDƏ

Qurumun qazandığı və itidiyi 14 siyasi məhbus oldu

Ötən parlament seçkilərinin nəticələrindən narazı olan siyasi qüvvələrin təsis etdikləri İctimai Palata ağır günlərini yaşayır. Qurumda sürətlənən yarpaq tökümü tədricən budaqların qurumasına da təsir etmək gücündədir. 

Maraqlıdır ki, istefa səsləri sıravi üzvlərdən deyil, daha çox İctimai Palatanın rəhbərliyində təmsil olunanlar tərəfindən eşidilib.
Bir müddən öncə AMİP və onun sədri Yusif Bağırzadə başda olmaqla bir neçə partiya üzvü İctimai Palatanı tərk etdi. İctimai Palatanın Koordinasiya Şurasına üzv seçiləndən az sonra Ənnağı Hacıbəyli və Şahvələd Çobanoğlu istefa dedilər. Müəyyən müddət qurumda nisbi sakitlik yarandı.

Fantastik təkliflərilə yadda qalan Pənah Hüseynin bu günlərdə mücərrəd əsaslarla istefasının ardınca İctimai Palatanı tərk edənlərin sayı artmaqdadır.

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Fikrət Cəfərov da qurumu tərk etdiyini bəyan edib. O, jurnalistlərə açıqlamasında bildirib ki, İctimai Palata vətəndaş hərəkatına çevrilə bilmədi. Buna görə də hazırda orada mərkəzdən qaçma prosesi gedir.

İP-da hər hansı perspektiv və vətəndaş hərəkatına çevrilmə perspektivi görmədiyini deyən sədr müavini onu da qeyd edib ki, İP-da qazanc yalnız 14 siyasi məhbus oldu: Son dövrlər mətbuatda gedən İctimai Palatanın daxili intriqaları, Pənah bəyin müsahibəsi, dostlarımızdan birinin Kanal D-də verdiyi müsahibəsində bu AXCP-Müsavatın blokudur ifadəsini işlətməsi buna gətirib çıxardı ki, bu qurumda qalmaq mümkünsüz oldu. Onlara bu birlikdə uğurlar arzulayıram.

Ümid Partiyası Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Qaya Əliyev də, İxtimai Palatanı tərk edib. O, Bizimsoy saytına müsahibəsində deyib ki, əgər bir qurumdan istefalar baş verirsə, demək onun institusional sistemində və təşkilati strukturunda ciddi problemlər var: Biz qarşımıza bu sualı qoyub düşünməliyik. Necə olur ki, bir neçə ay əvvəl İctimai Palatanın təşkil etdiyi mitinqlərdə canını, malını, bütün resurslarını qoyan şəxslər bu gün bu qurumdan imtina edirlər? Deməli, problemlər şəxslərdə yox, sistemdədir".

Müşahidələrə görə, İctimai Palatanı tərk edənlərin sayının artmasına səbəb bu qurumun fəaliyyətinin günü-gündən zəifləməsi olub. P.Hüsenin Kordinasiya Şurasından getməsi isə prosesi sürətləndirib. Hazırda qurumun mövcudluğu formal xarakter daşıyır desək, yəqin ki, yanılmarıq. Belə olan halda İctimai Palatanın buraxılması məsələsi gündəmə gəlir.

İctimai Palatanın buraxılmasını şərtləndirən əsas səbəblər bunlardı.

Birincisi, İctimai Palata qarşıya qoyduğu strateji hədəfə - təkrar parlament seçkilərinin keçirilməsinə nail ola, hətta yaxın düşə bilmədi.

İkincisi, İctimai Palata narazı qüvvələrin güclərindən səmərəli istifadə edib, hakimiyyətə təsir etmək imkanında, onu islahatlara sövq etmək imkanında olmadı.

Üçüncüsü, İctimai Palata müxalifətin, daha doğrusu, AXCP və Müsavat Partiyasının birliyi kimi ictimaiyyətə təqdim olunur ki, bu da digər üzvlər arasında narazılıq yaradır.

Dördüncüsü, İctimai Palata hakimiyyət tərəfindən qəbul olunmur. İlk gündən hakimiyyət İctimai Palataya qarşı sərt, barışmaz mövqe ortaya qoydu. Hazırda palatanın 14 üzvü həbsdədir. Onların azadlığa buraxılması üçün siyasi müqavimət yox dərəcəsindədir. Qərb dövlətləri diplomatlarının da müxalifət liderlərilə görüşü də, İctimai Palatanın fəaliyyətini gücləndirə bilmədi.

AXCP sədrinin müavini Razi Nurullayev Simsar.az-a açıqlamasında bildirib ki, hazırda İctimai Palatanın buraxılması məsələsi gündəmdə deyil: Bəzi itkilərimizin olmasına baxmayaraq biz fəaliyyətimizi daha da gücləndirmək niyyətindəyik. Etiraf edim ki, elə insanlar var ki, onlar İctimai Palatanın fəaliyyətinə mane olurlar. Onların isrefa xəbərlərini eşidəndə sevinirəm.

R.Nurullayevə görə, keçirilən mitinqlərdə palata üzvlərinə qarşı təzyiqlər, repressiyalar həqiqətən də İctimai Palatanın fəaliyyətinin zəifləməsinə və istefalara səbəb olub.

RAMİL






1 İyul, 2011  18:51 Baxılıb: 1638 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner