Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ARTIQ DƏQİQLƏŞİR: QARABAĞ UĞURUNDA MÜHARİBƏ OLMAYACAQ

NATO nümayəndəsi “savaş mümkünsüz” dedi

Hələ də Azərbaycan torpağları Ermənistan tərəfindən işğal altında saxlanılır 20 ilə yaxın müddətdə müxtəlif yollardan istifadə olunsa da rəsmi bakı nəticə əldə etməyib. Erməni qəsbkarları ilə müharibə də aparılıb. Bir ildən bir qədər artıq müddət ərzində (1992-1994) davam edən savaş sonunda atəşkəs imzalanıb. 

Həmin gündən- 1994-cü il 12 maydan düşmən tərəflə yalnız siyasi müstəvidə, sülh danışıaları adı altında müzakirələr aparılır. Nəticəsə yoxdur. Məhz buna görə rəsmi Bakı müharibə variantını nəinki istisna edir, düşmənlə müharibə dili ilə danışmağın vaxtı çatdığını da deyir. Belə bəyanatları Azərbaycan prezidenti-Ali baş Komandan, müdafiə naziri və ayrı- ayrı məsul şəxslər də dəfələrlə səsləndirib. Danışıqlar prosesində rolu olan və olmayan nəhəng dövlətlər isə “müharibə eləmək olmaz” deyirlər.

Simsar.az saytının məlumatına görə, sonuncu “olmaz” növbəti dəfə NATO-dan gəldi. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində NATO-nun mövqeyi çox dəqiqdir: münaqişə hərbi yolla həll edilə bilməz, güc tətbiqi bütün tərəflər üçün yalnız hərbi potensialın itirilməsi, eləcə də siyasi və iqtisadi iflasla başa çatacaq”. Bu fikirləri NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay səsləndirib.

Onun sözlərinə görə, NATO Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həllində qalibin olmaması konsepsiyasının tərəfdarıdır.

"NATO şübhəsiz ki, danışıqlar prosesinə cəlb olunmayacaq, lakin əgər ümumi cizgilərdən danışsaq, mən bir neçə fikir söyləmək istərdim: biz hamımız prezidentlərin Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişin əldə edilməməsindən məyus olduq. Kazandakı bu görüş nəzərəçarpacaq irəliləyişin əldə olunması üçün yaxşı imkan verirdi, çox təəssüf ki, bu, baş vermədi. İrəliyə yeganə yol diplomatik yoldur", - xüsusi nümayəndə bildirib.

Anar İsaoğlu






1 İyul, 2011  17:14 Baxılıb: 1830 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner