Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“GƏNC HEYDƏRÇİLƏR”in RƏHBƏRİ HƏBSDƏ

Dələduzluqda təqsirləndirilən Nəsimi Qədirovun barəsində 3 aylıq həbs seçilib

“Gənc Heydərçilər” İctimai Birliyinin (İB) sədri Nəsimi Qədirov həbs edilib. Bu barədə “Yeni Müsavat”a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub. Məlumatı verən mənbə bildirdi ki, Nəsimi Qədirov iyunun 17-də Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb və məhkəmə qərarı ilə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Onun hazırda Kürdəxanıdakı İstintaq Təcridxanasında saxlandığı bildirilir. Mənbənin dediyinə görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Nəsimi Qədirov haqda bir neçə vətəndaş polisə müraciət edib. Bundan sonra müraciətlər əsasında araşdırma başlanılıb. Hətta bu işlə bağlı araşdırmaların Baş Prokurorluqda da davam etdirildiyi və bundan sonra Nəsimi Qədirovun barəsində cinayət işi açılmasına razılıq verildiyi bildirilir. Hazırda isə qeyd olunan maddə üzrə istintaq aparılır.

Dünən Nəsimi Qədirovla bağlı daha bir məlumat əldə etdik. Mənbə ilk olaraq Nəsimi Qədirovun “Gənc Heydərcilər” Ümumrespublika Gənclər Birliyinin idarə heyətinin sədri olduğunu xatırlatdı: “Nəsimi Qədirov Heydər Əliyev Fondu ilə yanaşı Dövlət Sosial Müdafiə Fondunun və Gənclər və İdman Nazirliyi tərəfindən himayə edildiyini bildirirdi. O, bu qurumların adından istifadə edərək tez-tez təbirlər keçirirdi. Nəsimi Qədirov sonuncu dəfə Bakı Əyləncə Mərkəzində tədbir keçirib. Həmin tədbirdə 150-yə yaxın qonaq iştirak edirdi. Onların içində deputatlar və vəzifəli məmurlar da olub”, - deyə mənbə əlavə edib.
N.Qədirovun Gədəbəyin Qoşabulaq kəndindən olduğunu deyən mənbə onun ötən il keçirilən parlament seçkilərində həmin rayondan müstəqil şəkildə deputatlığa namizəd olduğunu da bildirdi.
Mənbə onu da dedi ki, Nəsimi Qədirov deputatlığa namizəd kimi İTV-də çıxış edəndən sonra vaxtilə kələk gəldiyi bir qadın onu tanıyıb və sonra Gədəbəyə gedərək verdiyi pulları geri istəyib. Mənbə Nəsiminin xeyli vətəndaşı dələduzluq yolu ilə aldatdığını da dedi.
Qeyd edək ki, ötən saylarımızda “Gənc Heydərçilər” İB-nin sədrinin dələduzluq yolu ilə şirkətlərin birindən dəyəri təxminən 9.800 manat olan 10 ədəd kompyuter aldığını və pulunu ödəmədiyini yazmışdıq. Sözügedən şirkətin qeyri-rəsmi olaraq Azərbaycanın yüksək rütbəli məmurlarından birinin oğluna məxsus olduğu bildirilir. Bundan başqa “Gənc Heydərçilər”in sədri WORLD BUISNESS CENTER-də icarəyə götürdüyü ofisə də 5 min manat kirayə haqqı borcludur. Onun “Büyük Fırat” restoranına 3 min manat borcu olduğu da deyilir. Nəsimi Xətai rayonu, M.Hadi küçəsi 66 ünvandakı yaşayış binasının birinci mərtəbəsində də ofis kirayələyibmiş. Həmin ofisin sahibinə 6 min manat kirayə borcunun olduğu deyilir. Üstəlik Nəsimi onlarla adamdan işə düzəltmək adı ilə küllü miqdarda pul alaraq qaytarmır. Bir şey maraqlıdır: görəsən xeyli vətəndaşa “atan”, onlarla adamın pulunu mənimsəyən Nəsimi Qədirov həmin pulları qaytaracaqmı? Mövzunu diqqətdə saxlayacağıq.

Simsar.az






1 İyul, 2011  15:36 Baxılıb: 2442 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner