Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şəbəkə hazırlığı indeksi 5 faizə çatdırılacaq

2009-cu ildə şəbəkə hazırlığı indeksi 3,75 faiz təşkil etmişdir.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan 2011-2025-ci illər üçün Azərbaycanın iqtisadi inkişafının uzunmüddətli strategiyası şəbəkə hazırlığı indeksinin 2025-ci ilə qədər 3,75 faizdən 5 faizə çatıdırılmasını nəzərdə tutur. 
Məlumat üçün bildirək ki, 2009-cu ildə şəbəkə hazırlığı indeksi 3,75 faiz təşkil etmişdir.
Nazirliyin növbəti illər üçün müəyyənləşdirdiyi tədbirlər planına əsasən, İKT-nin dövlət qurumlarında və yerli idarəetmə orqanlarında tətbiqi, elektron xidmət növlərinin inkişafı, orbitə peykin buraxılması, İKT-nin regionlarda tətbiqinin genişləndirilməsi, "rəqəmsal bərabərsizlik" səviyyəsinin azaldılması, regional innovasiya zonasının yaradılması, İKT üzrə rəqabətqabiliyyətin və ixrac potensialının artırılması nəzərdə tutulub.
Ölkədə stasionar və mobil rabitənin, ev istfadəçiləri aarsında kompüter parkının artırılması da nəzərdə tutulur.
Növbəti illər üçün əsas məqsədlər ölkədə informasiya cəmiyyətinə keçidin təmini, İKT biliklərinə əsaslanan iqtisadiyyatın qurulması, milli innovasiya sisteminin formalaşdırılması və respublikanın uzunmüddətli iqtisadi inkişafının təminidir. Nazirliyin 2011-2025-ci illər üçün uzunmüddətli strategiyasında elektron xidmətlərin həcminin 2009-cu ildəki 40 faizdən 2025-ci ildə 100 faizədək artırılması nəzərdə tutulur.
Azərbaycanda "elektron hökumət" konsepsiyası çərçivəsində 20 baza elektron xidmətin tətbiqi nəzərdə tutulub. Bunun 12-si əhali, 8-i isə biznes sektoru üçün olacaq.






1 İyul, 2011  14:31 Baxılıb: 1327 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner