Suriyada müxalifətin nümayişlərinin amansızlıqla dağıdılması ABŞ-ı Dəməşqə qarşı növbəti sanksiya tətbiq etmək məcburiyyətində qoyub
MIGnews.com saytının verdiyi məlumata görə, yeni sanksiyalar Suriyanın təhlükəsizlik qüvvələri, kəşfiyyat və Hərbi Hava Qüvvələrinin başçılarına aiddir. Onların hesabları dondurulacaq, Amerika şirkətlərinə onlarla ticarət əməliyyatının aparılması qadağan olunacaq.