Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Polis maşınının üstünə çıxdı

Avtomobil polis maşınına çırpılmamışdan qabaq betona deyib

Az hallarda olsa da yol polislərinin də maşınları hədəfə alınır. Qayda pozuntusuna yol verən sürücünün arxasınca düşən polis maşının nəyəsə çırpılmasının az şahidi olmamışıq.

İyunun 29-da Binəqədi rayonunda buna bənzər hadisə baş verib. Simsar.az saytına  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, yol polisi əməkdaşları yol hərəkət qaydalarını kobud şəkildə pozan paytaxt sakini Vilayət Nağıyevin idarə etdiyi “Mercedes”i saxlamaq istəyiblər. Lakin sürücü polisin qanuni tələbinə məhəl qoymayıb və ötərək keçmək istəyib. Bu zaman V.Nağıyev avtomobilin idarəetməsini itirərək onu beton maneəyə çırpıb. Dərhal maşında olan 3 sərnişin düşərək qaçıb. V.Nağıyev isə qəzaya düşmüş maşınını geriyə hərəkət etdirərək polisə məxsus “BMW”-yə çırpıb.


Polisin səyləri nəticəsində V.Nağıyevi saxlamaq mümkün olub. Onun maşınına baxış keçirilən zaman xeyli miqdarda saxta əskinas götürülüb. Bundan başqa, maşından qanunla qadağan olunmuş bəzi əşyalar da tapılıb. Həmçinin məlum olub ki, V.Nağıyev həmin gün yanacaqdoldurma məntəqəsinə saxta 50 manatlıq verərək benzin alıb.

Faktla əlaqədar araşdırma aparılır.






30 İyun, 2011  16:33 Baxılıb: 1024 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner