Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“Eurovision”da səsvermə qaydası dəyişdirilib

Avropa Yayım Birliyi (EBU) Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” yarışması ilə bağlı bir sıra yeniliklər edəcəyini açıqlayıb.

Simsar.az-ın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, EBU növbəti yarışmadan etibarən səsvermədə köhnə üsula qayıtmağa qərar verib. Yəni “Eurovision-2012” mahnı müsabiqəsində 2010-cu ilə qədər istifadə olunan səsvermə sisteminə keçiləcək. Belə ki, səsvermə ancaq şou bitəndən sonra 10 dəqiqə ərzində həyata keçiriləcək. EBU-dan bildirilib ki, bütün şou ərzində həyata keçirilən səsvermə zamanı əsas səslər iştirakçılara şounun sonunda gəlib və bu durumdan dolayı EBU belə bir dəyişiklik etmək qərarı verib. 


EBU-nun qəbul etdiyi yeni qərarlar arasında müsabiqə yayımlandığı vaxt iştirakçıların sms nömrələrinin ekranda daha kiçik ölçüdə verilməsi də var. Buna kimi sms nömrələri ekranın 25 faizini tuturdu, lakin bundan sonra daha kiçik ölçüdə olacaq.


EBU-nun fikrincə, bu yazıların böyüklüyü tamaşaçıların diqqətini mahnıdan yayındırır. Şou zamanı ekranda yazıların böyüklüyünün və görünüşünün necə olacağı isə yaxın gələcəkdə dəqiqləşdiriləcək.






30 İyun, 2011  14:14 Baxılıb: 1270 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner