Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İslam Partiyasının sədri hədə ilə danışdı

Bu dəfə də mitinq keçirmək üçün bizə şərait yaradılmasa, məsuliyyəti boynumuzdan atacağıq

Bu barədə Simsar.az-a partiyanın sədri Elçin Manafov məlumat verib. O bildirib ki, bu, BŞİH-ə mitinq üçün etdikləri üçüncü müraciətdir. 

Partiya sədri deyib ki, müraciətdə “Ulduz” metro stansiyası yaxınlığında və ya “Təbriz” kinoteatrının qarşısında aksiya keçirilməsinə icazə verilməsi istənilib: “Bu müraciət BŞİH-ə edəcəyimiz sonuncu olacaq. Deyir, atalar üçdən deyib. Biz də üç dəfə cəhd etdik. Bu dəfə də mitinq keçirmək üçün bizə şərait yaradılmasa, biz, məsuliyyəti boynumuzdan atacağıq. Bizim başqa çarəmiz yoxdur. İndiyə qədər bizə olan etimaddan istifadə edib, camaatımızı səbrə-təmkinə dəvət etmişik”.

E.Manafov deyib ki, BŞİH iyulun 5-də də mitinq üçün şərait yaratmasa, bundan sonra hər nə olsa, məsuliyyət daşımayacaqlar.

Tələblərinin Qarabağ münaqişəsinin tezliklə həll edilməsi və həbsdə olan partiya üzvlərinin azadlığa çıxması olduğunu bəyan edən partiya sədri deyib ki, bu gün mitinqə 10 mindən çox adam çıxarmaq iqtidarındadırlar: “Bizim hazırda 60 min partiya üzvümüz var və ən azı onların 30 mini bizimlədir. BŞİH bizi bu dəfə də yola versə, biz, artıq partiya üzvlərimizə söz keçirmək gücündə olmayacağıq. Çünki onlar da müsəlmandır. Partiya üzvlüyündən əlavə, onların da bir şəxsiyyəti var. Mənim sözüm heç kəsə dəyməsin, ancaq inanclı insanlar üçün hicab namus məsələsidir”.

Qeyd edək ki, İslam Partiyasının əvvəlki sədri Mövsüm Səmədov və partiyanın bir neçə üzvü hazırda həbsdədirlər. Onlar terrorçuluq maddələri ilə ittiham olunurlar.






29 İyun, 2011  19:46 Baxılıb: 1210 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner