Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məhkumlara iş yeri açılacaq

Tədbirlər planında xüsusi istiqamət müəyyən edilib.

İlham Əliyevin təsdiq etdiyi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planınında (2011-2015-ci illər)  məhkəmə və hüquq islahatları ilə bağlı xüsusi istiqamət müəyyən edilib.

Həmin istiqamət üzrə 2011-2015-ci illər ərzində ədliyyə orqanları və məhkəmə aparatı işçilərinin peşəkarlığının yüksəldilməsi və onların yeni texnologiyalardan istifadə bacarıqlarının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılması üçün təlimlərin təşkil edilməsi nəzərdə tutulub.

Tədbirlər Planında təqsirləndirilən şəxslərin və məhkumların hüquqlarının müdafiəsi istiqamətində də zəruri tədbirlərin görülməsi barədə istiqamətlər müəyyən edilib.

Belə ki, 2011-2015-ci illərdə təqsirləndirilən şəxslərin və məhkumların hüquqi biliklərinin artırılması, saxlanma şəraitinin yaxşılaşdırılması və sağlamlığının qorunması üçün tədbirlərin görülməsi, cəzaçəkmə müəssisəslərində yeni istehsalat sahələrinin yaradılması barədə aidiyyəti qurumlara tapşırıqlar verilib.

2011-2013-cü illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün 30 yerlik sosial adaptasiya mərkəzinin tikintisi və müvafiq müasir avadanlıqlarla təchizatını həyata keçirməlidir.

Tədbirlər Planında 2011-2012-cü illər ərzində vətəndaşlıq vəziyyəti aktlarının və hüquqi şəxslərin qeydiyyat sisteminin təkmilləşdirilməsi, sahibkarlıq sahəsində yoxlamalara dair vahid məlumat reyestrinin yaradılması, vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə müraciət etmək və onların fəaliyyəti barədə məlumat almaq imkanlarının genişləndirilməsi üçün müasir avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması və tətbiqi nəzərdə tutulur.






29 İyun, 2011  18:43 Baxılıb: 1074 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner