Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Ümid qapısı, mərhəmət ünvanı”

Mehriban Əliyevaya həsr edilən kitab təqdim olundu

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisinin deputatı Mehriban Əliyevaya həsr edilən “Ümid qapısı, mərhəmət ünvanı” kitabının təqdimat mərasimi keçirilib.

Simsar.az-ın məlumatına görə, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sevinc Budaqovanın müəllifi olduğu kitabda M. Əliyevanın həm Heydər Əliyev Fondunun rəhbəri, həm millət vəkili kimi mədəniyyət, incəsənət, təhsil, maarifçilik, eləcə də cəmiyyətimizin digər sahələrində gördüyü işlər, siyasi fəaliyyəti, həm də bir qadın və ana kimi həyata keçirdiyi xeyriyyəçilik əməlləri, qayğıkeşlik nümunələri öz əksini tapıb.

Mərasimdə çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Aybəniz Əliyeva-Kəngərli deyib ki, müasir Azərbaycan qadınına həsr olunan bu elmi-publisistik əsər M. Əliyeva fenomeninin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir.

Akademik Bəkir Nəbiyev, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Milli Məclisin deputatları Qənirə Paşayeva, Gülər Əhmədova, tarix elmləri doktoru Tamilla Musayeva və digərləri M. Əliyevanın fəaliyyəti haqda çıxış ediblər.

Tədbirdə Mehriban Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgi də nümayiş olunub.






29 İyun, 2011  18:03 Baxılıb: 2419 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner