Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

NİSƏ QASIMOVA: “HƏLƏ DƏ ŞOKDAYAM”

“Gözəl insanların cərgəsində olmaq həmişə ürəyimdən keçib”  

Azərbaycan Prezidenti İlham Əliyev xalq artisti Nisə Qasımovaya Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

Təəssüratlarını ekskuliziv olaraq Simsar.az-a bölüşən N.Qasımova prezident sərəncamının onun üçün gözlənilməz olduğunu dedi.

“Gözəl insanların cərgəsində olmaq həmişə ürəyimdən keçib. Bu mənada həmin cərgəyə düşmək mənim üçün gözlənilməz oldu. Mənə fərdi təqaüdün verilməsinə nəinki sevindim, hətta şoka düşdüm. Hələ də şokdayam” - deyən N.Qasımova fərdi təqaüdün ayrılmasına görə prezidentə təşəkkürlərini bildirdi:

“Allah böyükdür. Meyrac gecəsində mənə belə bir jest olundu. Buna görə möhtərəm prezidentə dərin təşəkkürümü bildirirəm. Öz imzamı, səsimi tanıtmışamsa? xalqıma xidmət göstərmişəmsə və bu diqqətdən kənar qalmayıbsa, çox sağ olsunlar”.

Yaradıcılıq planlarına gəldikdə isə N.Qasımova sənətə gəlişinin 40 iliyilə bağlı yubiley konsertinə hazırlaşır. O, indidən köhnə mahnılarının yeni versiyaları üzərində işləyir.

“Lalə” Qızlar Ansambılının bədii rəhbəri, xalq artisti Ceyran Haşımovanın Nisə xanım barəsindəki “unutqan” fikirinə də münəsibət bildirən fərdi təqaüdçü Ceyran xanımın buna haqqı çatdığını dedi: “Onun üzərimdə haqqı böyükdür. Ummağa haqqı var. 40 illik yubiley konsertimdə Ceyran Haşımovanın rəhbərlik etdiyi “Lalə” Qızalar Ansablının müşayəti ilə mahnı ifa edəcəm. İllərdir qəlbimdə saxladığım sirləri səhnədə Ceyran xanımla birgə açacam”.

Nərgiz






29 İyun, 2011  18:03 Baxılıb: 3252 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner