Bakı Metropolitenində növbəti yenilik
İyulda Bakı Metropolitenində pik saatlarında qatarlar arasında interval artırılacaq.
İnterval 2 dəqiqədən 2 dəqiqə 15 saniyəyə qaldırılacaq.
Metropolitenin mətbuat katibi Nəzakət Tarıverdiyeva bildirib ki, bu, yay tətili və məzuniyyətlərlə, sərnişinlərin sayının azalması ilə əlaqədardır.