Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"DÖYÜŞLƏRƏ ATILMAĞA HAZIR OLMALISINIZ"

Müdafiə naziri Səfər Əbiyev Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantlarının buraxılışında belə deyib

“Siz torpaqlarımızı düşməndən azad etmək üçün döyüşlərə atılmağa hazır olmalısınız. Unutmayın ki, vətən sizin hər birinizdən mərdlik, mətanət gözləyir”. Bunu bu gün Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantlarının 11-ci buraxılışında müdafiə naziri Səfər Əbiyev müdavimlərə müraciətində deyib. 

Nazir tədrisdə və intizamda fərqlənən 5 gənc zabitə diplomu şəxsən təqim edib. Müdavimlər yaş kötüyünə 2011-ci il məzunlarının adlarını həkk ediblər.

Daha sonra hərbi məktəbi bitirən məzunlar hələ təhsil alan kursantlara bayrağı təhvil veriblər. Kursantlar Heydər Əliyev adına Ali Hərbi Məktəbin marşının sədaları altında tribuna qarşısında keçid ediblər. Hərbi məktəbi bitirən builki məzunlar orduda, dəniz və hərbi hava qüvvələrində xidmət edəcəklər.

Leytenant Elvin Məmədzadə torpaqları işğal altından xilas etmək üçün əllərindən gələni etməyə, verilən tapşırığın öhdəsindən gəlməyə çalışacaqlarını deyib.






28 İyun, 2011  20:35 Baxılıb: 1024 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner