Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mənzil şəraitini yaxşılaşdıranların sayı sürətlə azalır

Ekspert Sosial Mənzil Fondunun yaradılmsını təklif edir

Son on ildə Azərbaycanda bir ildə mənzil şəraitini yaxşılaşdıra bilmiş ailələrin sayı 2,4 dəfə azalıb. Əhalinin mənzilə əlçatanlığını təmin etmək üçün hökumət təcili olaraq Sosial Mənzil Fondu yaratmalıdır. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov bu barədə mətbuata açıqlamasında bildirib.

C.Xəlilovun sözlərinə görə, 2010-cu ildə ölkədə cəmi 743 ailə mənzil şəraitini yaxşılaşdıra bilib, halbuki 2000-ci ildə belə ailələrin sayı 1758-ə bərabər olub.

Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edən ekspert qeyd edir ki, 2003 və 2008-ci illər istisna olmaqla, 1998-ci ildən başlayaraq Azərbaycanda mənzil şəraitni yaxşılaşdıra bilmiş ailələrin illik sayında azalma tendensiyası müşahidə edilir.

Onun sözlərinə görə, 1998-ci ildən başlayaraq ölkədə mənzil şəraitini yaxşılaşdara bilən ailələrin sayı hər il orta hesabla 7% azalır.

C.Xəlilovun sözlərinə görə, bu göstəricilər Azərbaycanda geniş əhali kütləsinin mənzilə əlçatanlığının getdikcə azaldığını göstərir. “Bu sahədə olan vəziyyəti yaxşılaşdırmaq, geniş əhali kütləsinin mənzilə əlçatanlığını təmin etmək üçün ölkədə təcili Sosial Mənzil Fondu yaradılmalıdır. Bu məqsədlə xüsusi dövlət proqramı hazırlanmalı və büdcə subsidiyaları ayrılmalıdır”.

RAMIL






28 İyun, 2011  17:55 Baxılıb: 1075 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner