Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

OBAMAYA RƏDD CAVABI VERİLDİ

Amerikalılar Liviyadakı hərbi əməliyyatlardan bezib

Simsar.az -ın məlumatına görə, ABŞ Nümayəndələr Palatası, ABŞ-ın Liviyadakı hərbi əməliyyatlara maliyyə yardımı ayırmasını nəzərdə tutan qanunu rədd edib.Nümayəndələr Palatası, bu gün ABŞ prezidenti Barak Obamaya, Liviyadakı hərbi əməliyyatlara davam etməsi üçün səlahiyyət verilməsini ehtiva edən və simvolik xüsusiyyətdə olan qanunu rədd etmişdi.

Konqres, eyni gün Liviya mövzusunda daha bir qanunu müzakirə edib. Respublikaçıların səyi nəticəsində gündəmə gətirilən bu qanun, ABŞ-ın Liviyadakı hərbi əməliyyatlara maliyyə yardımı etməsini nəzərdə tuturdu. Bu qanun da konqresdə keçirilən səs vermədə 180-a qarşı 238 səslə rədd edilib. Demokratların böyük əksəriyyəti qanunun əleyhində səs veriblər. Demokratlara, 84 Respublikaçı millət vəkili də dəstək verib.

Qanun qəbul edilmiş olsaydı, ABŞ NATO liderliyindəki əməliyyata dəstək verməyə davam edəcəkdi. Ancaq ABŞ-ın hava hücumlarını tənzimləməsinə qadağa qoyulacaqdı. Konqres bu gün Libviyadakı hərbi əməliyyatların davam etməsi üçün Obamaya səlahiyyət verməyən simvolik qərar verib. Həmçinin ABŞ-ın Liviyadakı hərbi əməliyyatlarına maliyyənin kəsilməməsini təmin edib. Beləcə, Konqres eyni gün ərzində bir-biriylə ziddiyyət təşkil edən iki fərqli qərar alıb.






25 İyun, 2011  17:20 Baxılıb: 1072 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner