Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MAYDA TİKİNTİ MATERİALLARI BAHALANIB

Bu ilin may ayında Bakının tikinti materialları bazarında təklif olunan məhsulların 53,8%-i yerli istehsaldır.

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən verilən məlumata görə, Birlik tərəfindən Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 38 adda 88 növdə tikinti materialının növbəti monitorinqi aparılıb.

“Mövsümə uyğun olaraq, nisbi canlanma paytaxtın bir çox tikinti materialları bazarlarında müşahidə edilib. Aparılan qiymət monitorinqinin nəticələri göstərir ki, bu ilin fevral ayından başlayaraq, müxtəlif materiallar üzrə qeydə alınan qiymət artımları may ayında davam edib. May ayında əsasən boya məhsullarının bahalaşması baş verib. Belə ki, aprel ayı ilə müqayisədə bəzi istehsal müəssisələrində bu artım 10%, bəzilərində isə 15%-ə çatıb. Yerli istehsalçılar boya satışında qiymətlərin artımını idxal edilən kimyəvi tərkibli (titan, alkid, tutkal) məhsulların bahalaşması ilə əlaqələndirərək, bunu birbaşa dünya bazarında baş verən proseslərlə bağlı olduğunu bildiriblər”, - deyə İctimai Birlikdən məlumat verilib. Ümumiyyətlə, 2011-ci ilin may ayında Bakının tikinti materialları bazarında qiymət əvvəlki aya nisbətən 0,87% artıb, 38 adda 88 növdə material üzrə orta qiymət göstəricisi ilin əvvəli ilə müqayisədə 14,4%, 2010-cu ilin may ayı ilə müqayisədə isə qiymət artımı 21,8% təşkil edib.






25 İyun, 2011  15:26 Baxılıb: 3465 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner