Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Görüş başa çatdı

Görüş Dağlıq Qarabağ probleminin nizamlanmasının əsas prinsiplərinə dair razılaşmasız başa çatıb

Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sərkisyan arasında Qarabağ nizamlanmasına dair danışıqlar başa çatıb. Kazan Kremlində keçiriliən danışıqlar birgə bəyanatın qəbul edilməsi ilə başa çatıb.

Görüş Dağlıq Qarabağ probleminin nizamlanmasının əsas prinsiplərinə dair razılaşmasız başa çatıb. APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Kazan görüşünün yekunlarına dair qəbul olunmuş bəyanatda tərəflər bu məqsədə doğru gedən yolda irəliləyişin olduğunu qeyd edirlər.

«Dövlət başçıları bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu qeyd ediblər. Bu məsələlərin həlli əsas prinsiplərin təsdiq olunmaı üçün şəraitin yaranmasına kömək edəcək» deyə, bəyanatda bildirilir.

Sənəddə qeyd olunur ki, görüş iştirakçıları əsas prinsiplər layihəsinin təsdiq olunması məqsədilə aparılan işin gedişinə nəzər salıblar.

Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa liderlərinə «Dağlıq Qarabağ nizamlanması probleminə daimi diqqətlərinə görə» minnətdarlıq ediblər. Onlar razılaşmanın əldə olunması üzrə Rusiya prezidentinin şəxsi səylərini yüksək qiymətləndiriblər. Bu da bəyanatda qeyd edilib.

Görüşdə iştirak etmiş Azərbaycan nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Elmar Məmmədyarov və Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov daxil olublar.

Ermənistan nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Edvard Nalbandyan, prezident aparatı rəhbərinin müavini Vigen Sarqsyan və Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayan daxil olub.

Rusiya nümayəndə heyətinin tərkibinə XİN başçısı Sergey Lavrov və prezidentin köməkçisi Sergey Prixodko daxil olublar.

Kazan görüşü 2008-ci ildən başlayaraq doqquzuncu üçtərəfli görüşdür. Bundan əvvəlki sammit Soçidə martın 5-də keçirilib.






25 İyun, 2011  03:29 Baxılıb: 1001 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner