Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MÜXALİFƏT PARTİYASININ QURULTAYINDA QALMAQAL

Mübariz Əhmədoğlu qovuldu, Sərdar Cəlalaoğlu ilə Pənah Hüseyn 

Klassik Xalq Cəbhəsi Partiyasının qurultayına dəvət alan bəzi qonaqlar tədbirdə qalmaqal yaranmasına səbəb olublar. 

Simsar.az saytının qurultayda olan əməkdaşı xəbər verir ki, politoloq Mübariz Əhmədoğlu, ADP sədri Sərdar Cəlalaoğlu və keçmiş millət vəkili Pənah Hüseynin iştirak etdiyi hadisə iki hissədən ibarət olub.

Birinci hissədə M.Əhmədoğlunun çıxışı başına bəla olub. İndiki hakimiyyətin rəhbərlərini tərifləyən politoloqa cəbhəçilər “Ən böyük Elçibəy, başqa böyük yox!” şüarı ilə cavab verməli olublar.

M.Əhmədoğlu çıxışını yarımçıq kəsməyə məcbur olub. KXCP sədri ona məsləhət görüb ki, çıxışını saxlayıb zalı tərk etsin.

Politoloq şüarın sədaları altında qurultaydan yarımçıq çıxmalı olub.

İkinci səhnə də çıxış nəticəsində yaşanıb. P. Hüseyn Azərbaycanda xalq hərəkatının yaradılmasını təklif edib. S. Cəlaloğlunun replikası belə olub: “Sənin bu düşüncələrin indiki halda düzgün yanaşma deyil, 88-ci ilin düşüncəsində qalmısan”.

P.Hüseynin cavabı özünü gözlətməyib: “Sən özün partiya yaratmısan, bu müddətdə nə etmisən ki...”

Bu da S.Cəlaloğlunun cavab haqqı: “Sən köhnə düşüncədə qalmısan, mənimlə polemika apara bilməzsən”.

Anar






24 İyun, 2011  21:24 Baxılıb: 1154 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner