Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

PROKURORLUQ İQBAL AĞAZADƏNİN XAHİŞİNİ YERƏ SALDI

Arif Hacılı həbsxanadan buraxılmadı

Bakı Şəhər Prokurorluğu Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin müraciətini qəbul etməyib və həbsdə olan Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılını onun şəxsi zaminliyinə verməyib. 

Bu barədə Lent.az-a partiyadan məlumat daxil olub. Məlumatda bildirilir ki, İqbal Ağazadə Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova müraciət edərək, Arif Hacılı haqqında qəbul olunmuş həbs qətimkan tədbirinin dəyişdirilməsi və şəxsi zaminlik qətimkan tədbiri ilə əvəz olunmasını istəmişdi.

Bakı Şəhər Prokurorluğundan millət vəkilinə verilən cavab isə pozitiv olmayıb. Belə ki, Müsavat partiyasının Mərkəzi Aparatının rəhbəri Arif Hacılının qanuna zidd hərəkətlərin təşkilində və icazəsiz aksiyaya rəhbərlik etməsini əsas gətirərək istintaqın indiki mərhələsində barəsindəki həbs qət-imkan tədbirinin bir başqa qət-imkan tədbiri ilə dəyişdirilməsi məqsədə müvafiq hesab edilməyib.

Xatırladaq ki, Arif Hacılı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunur. Mayın 24-də Səbail rayon Məhkəməsi A. Hacılı barəsində həbs-qətimkan tədbirinin müddətini daha 2 ay uzadıb.






24 İyun, 2011  20:05 Baxılıb: 1440 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner