Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ KADR DƏYİŞİKLİYİ

Daxili İşlər Nazirliyinin idarə rəisi işdən çıxarıldı

Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsində təhqiqat idarəsinin rəisi, polis polkovniki Zöhrab Qəndilov tutduğu vəzifədən azad olunub. 

DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Milli.Az xəbər portalına faktı təsdiq etdi. Nazirlik rəsmisi bildirdi ki, Z.Qəndilov uzun müddət xəstəlikdən əziyyət çəkirdi. Ona görə də xəstəliyi ilə əlaqədar öz xidməti fəaliyyətini normal davam etdirə bilməməsi ilə əlaqədar nazir Ramil Usubova təqaüdə göndərilməsi ilə bağlı təqrir yazıb.

Z.Qəndilov 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda" medalı ilə təltif edilib. Onu da əlavə edə ki, Z.Qəndilov Prezident yanında Dövlət İdarəçilik Akademiyasının keçmiş rektoru, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Seyfəddin Qəndilovun oğludur.






24 İyun, 2011  15:30 Baxılıb: 1551 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner