Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

BU GÜN KAZANDA PREZİDENTLƏRİN ÜÇTƏRƏFLİ GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Bu gün Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti, doqquzuncu görüşü keçiriləcək

Görüş Rusiya prezidentinin mükafatı uğrunda ənənəvi cıdır yarışları çərçivəsində baş tutacaq. Görüşdə münaqişənin nizamlanmasının baza prinsiplərinə dair sənədin imzalanacağı gözlənilir. Bu sənəd imzalanarsa, münaqişənin nizamlanmasında “Yol xəritəsi” rolunu oynayacaq və sülh sazişi üzərində işə başlamağa imkan verəcək. 

Kremlin mətbuat xidmətinin bir müddət əvvəl yaydığı məlumatda bildirilir ki, hazırda həmsədr ölkələrin bütün səviyyələrdə səyləri tərəfləri Kazan sammitində qeyd olunan sənəd üzərində işi başa çatdırmağa inandırmağa yönəlib. Rusiya Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanatda bildirilir ki, Kazan görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici mərhələnin başlanğıcı ola bilər.

Dünən ABŞ prezidenti Barak Obama da Azərbaycan və Ermənistan prezidentlərinə zəng edib. Ağ Evin məlumatına görə, prezident öz həmkarları Kazan görüşündə baza prinsiplərinin razılaşdırılmasına dair sənədi imzalamağa çağırıb.






24 İyun, 2011  15:30 Baxılıb: 1021 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner