Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

FİLİPP KİRKOROV AZƏRBAYCANDA SOLO-KONSERT VERƏCƏK

Rusiyanın xalq artisti Filipp Kirkorov Azərbaycanda solo-konsert verəcək

Bu barədə açıqlamasında müğənninin mətbuat xidmətinin rəhbəri Gennadiy Rıbak deyib. O bildirib ki, rusiyalı müğənni bu ilin oktyabr ayında Bakı səhnəsində pərəstişkarları qarşısında çıxış edəcək. G. Rıbak konsertlə bağlı danışıqların baş tutduğunu və müvafiq razılığa gəlindiyini, ancaq konsertin dəqiq gününün hələ təyin olunmadığını qeyd edib. F. Kirkorovun Azərbaycandakı konsertə xüsusi hazırlaşdığını da dilə gətirən sənətçinin mətbuat xidmətinin rəhbəri proqramın uzun müddət yaddaşlara həkk olunacağını vurğulayıb. 

Qeyd edək ki, Filipp Kirkorov Azərbaycan səhnəsində ilk dəfə bu ilin mart ayında Heydər Əliyev Sarayında bəstəkar İqor Krutoyun yaradıcılıq gecəsində çıxış edib. Sənətçi həmin konsertdə Azərbaycanda solo-konsert vermək arzusunda olduğunu dəfələrlə qeyd edib: “Hamı mənim Azərbaycanı nə qədər sevdiyimi bilir. Ancaq çoxları mənim bura gəlməyimə mane olsalar da, buna çata bilmədilər. Hazırda elə bil yuxudayam və bu yuxudan oyanmaq istəmirəm. Bu gün sizinlə İqor Krutoyun gecəsində görüşürük. Ancaq çox arzu edirəm ki, sizin qarşınızda öz solo-konsertimlə, xüsusi bir proqramla çıxış edim”.






24 İyun, 2011  03:43 Baxılıb: 1346 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner