Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İLHAM ƏLİYEV KRANS MONTANA FORUMUNUN AÇILIŞ MƏRASİMİNDƏ OLUB

Forumun ən ali mükafatı “PRIX DE LA FONDATION” prezident İlham Əliyevə təqdim olunub

Bu gün Brüsseldə Krans Montana Forumunun rəsmi açılışı olub. “AzərTac”ın yaydığı məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun “Azərbaycan: Şərqə doğru Avropanın qabaqcıl mayakı” sessiyasında iştirak ediblər. 

Dövlət başçısı və xanımı əvvəlcə ölkəmizlə bağlı təqdim edilən sərgi ilə tanış olublar. Sərgidə Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesləri barədə ətraflı məlumat verilib. Burada ölkəmizdə enerji, turizm, mədəniyyət, infrastruktur sahələri barədə Forum iştirakçılarının diqqətinə zəngin məlumat çatdırılmaqla Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf dinamikası barədə də informasiyalar yer alıb.

Forumu açıq elan edən Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, o cümlədən digər qonaqları salamlayıb, tədbir iştirakçılarına Azərbaycan haqqında məlumat verib. Belçika Krallığı Baş nazirinin müavini, maliyyə naziri Didier Reynders Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, enerji sektorunda əldə olunan uğurlar, sərmayə mühiti barədə danışıb. Bu sahədə prezident İlham Əliyevin xidmətlərini xatırladıb və Avropa üçün Azərbaycanın Asiyaya açılan qapı olduğunu diqqətə çatdırıb.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger çıxışında diqqəti Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurlara yönəldib. O deyib ki, indi enerji təhlükəsizliyi Avropa üçün bir nömrəli məsələdir və neft-qaz hasilatında əldə edilən nailiyyətlər Azərbaycanı daha da gücləndirir. Komissar Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Bakıya səfəri zamanı enerji sahəsində əməkdaşlığa dair imzalanan birgə bəyannamənin əhəmiyyətinə də toxunub.

Albaniyanın Baş naziri Sali Berişa da neft-qaz sektorunda əldə olunan uğurlar münasibətilə prezident İlham Əliyevi təbrik edib. Əlcəzairin planlaşdırma naziri Həmid Temmar və İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də mərasimdə çıxış ediblər. İSESKO-nun baş direktoru rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında yaranan səmərəli əməkdaşlıqdan danışıb. O bildirib ki, Azərbaycan həm İSESKO, həm də YUNESKO və digər beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən tədbirləri təşkil etməklə özünün mədəni dəyərlərə sadiqliyini təsdiq edib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini vurğulayıb və onun xoşməramlı səfir kimi mədəniyyət, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Krans Montana Forumunda çıxış edib. Çıxışdan sonra Forumun prezidenti Jan Pol Karteron Azərbaycanın inkişafında böyük fəaliyyəti olan Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərini xatırladıb, ölkəmizdə iqtisadi inkişaf baxımından əldə olunan nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib.

Daha sonra Forumun ən ali mükafatı “PRIX DE LA FONDATION” prezident İlham Əliyevə təqdim olunub. Prezident İlham Əliyev mükafata və xoş sözlərə görə, təşəkkürünü bildirib. “Bizim hədəfimiz müasir Azərbaycanda sülhə nail olmaqdır”, - deyən dövlət başçısı qeyd edib ki, Azərbaycanın güclü mövqeyi ölkəyə müstəqil siyasət yürütməyə imkan verir, mühüm qlobal və regional layihələrdə Azərbaycanın mövqeyi tərəfdaşların mövqeyi ilə üst-üstə düşür: “Bu mükafatı Azərbaycana verilən mükafat kimi qəbul edirəm”.

Qeyd edək ki, bu il 22-ci dəfə keçirilən Krans Montana Forumunda dünyanın müxtəlif ölkələrindən dövlət başçıları, nazirlər, iri biznes sahibləri iştirak edir. Forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə Krans Montana tərəfindən yaradılan beynəlxalq təşkilatdır. Qurum beynəlxalq əməkdaşlıq və dialoqa yardımı özünün əsas məqsədləri elan edib. Builki Forum işini iyunun 25-də başa çatdıracaq. Gələn ilin iyununda isə Krans Montana Forumu Bakıda keçiriləcək.






24 İyun, 2011  03:38 Baxılıb: 1165 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner