Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Kazan görüşü ilə bağlı bəyanat

Ümidvarıq ki, tərəflər sülh, regionun inkişafı və çiçəklənməsi naminə bu əsasa söykənərək razılığa gələcəklər

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, sabah Kazanda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanın Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə görüşü keçiriləcək: “Bu görüşün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində müəyyən mərhələnin keçilməsi xarakteri daşıyacağı gözlənilir. Gözləyirik ki, Bakı və İrəvan ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının Doviıl bəyanatına konstruktiv münasibət bildirəcəklər. Rusiya, ABŞ və Fransa prezidentləri bu bəyanatda Azərbaycan və Ermənistan liderlərini siyasi iradə nümayiş etdirməyə və Kazan sammitinin gedişində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin layihəsini müzakirə etdirməyi başa çatdırmağa çağırıblar. Kazanda müzakirə olunacaq sənəd tərəflərin və həmsədr ölkələrin birgə işinin mühüm dövrünün məhsuludur və irəliyə addım atmaq və hamı tərəfindən qəbul edilən Sülh Sazişi hazırlamaq üçün real əsas yaradır. Ümidvarıq ki, tərəflər sülh, regionun inkişafı və çiçəklənməsi naminə bu əsasa söykənərək razılığa gələcəklər”. 






23 İyun, 2011  18:06 Baxılıb: 986 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner