Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Şamaxıda dəhşətli sel

Çay sərnişin avtobusunu apardı

Şamaxı rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə ötən gecə Şamaxı rayonu ərazisindən keçən Ağsuçaya güclü sel gəlib. Çayın Dəmirçi kəndi ərazisindən keçən hissəsindəki körpü yararsız hala düşüb. Rayon sakini Orucov Məhəmməd Ağanəsib oğlu 10-CM-439 dövlət nömrə nişanlı “UAZ 469” markalı maşınla çayın içindən keçmək istəyib və həmin vaxt çaya gələn güclü sel avtomobili aparıb. Güclü su axını və selin gətirdiyi böyük çay daşları avtomobilin sudan kənara çıxarılmasına mane olub. Polis əməkdaşlarının köməkliyi ilə iki saat ərzində avtomobil, eləcə də sürücü Məhəmməd Orucov və sərnişini Xəlilova Gülmərcan Əlimərdan qızı xilas edilib. Güclü sel suları Dəmirçi və Qaleybuğut kənd sakinlərinə məxsus 3 baş iri və 12 baş xırda buynuzlu heyvanı aparıb.






23 İyun, 2011  17:00 Baxılıb: 1615 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner