Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan öz siyasətini Avropa İttifaqının siyasəti ilə uzlaşdırmağa çalışır

Prezidenti İlham Əliyev bunu Brüsseldə keçirdiyi mətbuat konfransında deyib

Azərbaycan Prezidenti İlham Əliyevin Belçika səfəri davam edir. Ölkə başçısı Avropa Parlamentinin sədri Yeji Buzek Brüsseldə birgə mətbuat konfransı keçiriblər.  

Yeji Buzek və Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış ediblər.

Avropa Parlamentinin sədri bu yaxınlarda Azərbaycana etdiyi səfərin əhəmiyyətinə toxunaraq, ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, viza rejiminin sadələşdirilməsi, regional təhlükəsizlik, "Şərq tərəfdaşlığı" Proqramı, Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlıqla bağlı səmərəli müzakirələrin aparıldığını dedi.
Y.Buzek enerji sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan sədr Avropa Parlamentinin məsələnin ATƏT-in Minsk qrupu çərçivəsində həllini dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev Buzekin Bakıya səfərinin Azərbaycan ilə Avropa Parlamenti arasında tərəfdaşlığın inkişafına töhfə verəcəyini deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan öz siyasətini Avropa İttifaqı ölkələrinin siyasəti ilə mümkün qədər çox uzlaşdırmağa çalışır. Əcnəbi şirkətlər üçün Azərbaycanda yaradılmış şəraitə toxunan Prezident İlham Əliyev ölkəmizə yatırılan xarici sərmayələrin həcminin artdığını bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının da müzakirə olunduğunu deyən Prezident İlham Əliyev əlavə etdi ki, yalnız Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, eləcə də Avropa Komissiyasının sədri Xose Manuel Barrozu status-kvonun davam etdirilməsinin yolverilməz olduğunu bəyan ediblər.

Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu qeyd edən dövlətimizin başçısı bu işğala son qoyulduqdan sonra Cənubi Qafqaz regionunun inkişafının təmin olunacağını vurğulayıb.

Azərbaycan ilə Avropa İttifaqı arasında geniş əməkdaşlığın olduğunu qeyd edən Prezident İlham Əliyev "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində münasibətlərin, xüsusilə də Avronest Parlament Assambleyasının təsis edilməsinin əhəmiyyətini qeyd edib.

Ramil






23 İyun, 2011  16:29 Baxılıb: 984 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner