Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

NARKOTİKA ALUDƏÇİLƏRİNƏ NATİV CƏZALARIN VERİLMƏSİ

Azərbaycanda narkotik vasitələrdən istifadə edənlərə nativ cəzaların verilməsi üçün qanunvericiliyə təkliflər hazırlanır

Azərbaycanda narkotik vasitələrdən istifadə edənlərə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların verilməsi üçün qanunvericiliyə təkliflər hazırlanır.

Narkotiklərə qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev bildirib ki, Baş Prokurorluqla birgə aparılan müzakirələrin nəticəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsində narkotik istifadəçisi ilə narkotik istehsalçısı və satıcısının məsuliyyəti arasında fərqin müəyyən edilməsi barədə təkliflər hazırlanıb.

"Cinayət Məcəlləsinin 234-cü maddəsində narkotik istifadəçisi ilə istehsalçısı və satıcısı arasında fərq qoyulmayıb. Biz bu fikirdəyik ki, narkotiki satan, istehsal edən şəxsə ağır cəza verilməlidir. Narkotik istifadəçisinin, ona aludə olan şəxsin həbs edilməsi doğru deyil", - Əfəndiyev vurğulayıb.

Onun sözlərinə görə, narkotik istifadəçilərinə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan nativ cərimə, islah işləri cəzaları verilməli, onlar məcburi müalicəyə göndərilməlidir.
Cəmiyyətdə narkomana qarşı aqressiv münasibət formalaşdığını deyən təşkilat rəhbəri hesab edir ki, narkomanların cəmiyyətə qayıtmasına yardım etmək lazımdır.

Bu sahədə liberal siyasətin, yeni düşüncənin, yeni mübarizə metodlarının tətbiq edilməsinin tərəfdarı olan Əfəndiyev hesab edir ki, yüngül tərkibli narkotiklərdən istifadənin leqallaşdırılması zəruridir.

"Bəzən müxtəlif insanlar hansısa səbəblərdən narkotikə aludə olur, hüquq-mühafizə orqanları onları aşkar edən kimi cəzaçəkmə müəssisəsinə göndərirlər. Bu insanlar sağalmaq əvəzinə narkoman olur və başqalarını da bu xəstəliyə düçar edir. Cəmiyyət yüngül tərkibli narkotiklərdən istifadənin leqallaşdırılmasına hazır deyil. Bu sahədə maarifləndirmə işi aparılmalı və cəmiyyəti buna hazırlamalıyıq. Bundan sonra cəmiyyət özü liberal siyasət tələb edəcək", - Əfəndiyev qeyd edib.






23 İyun, 2011  01:29 Baxılıb: 1067 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner