Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İP-İN KOORDİNASİYA ŞURASI TÜRKİYƏ İLƏ VİZA REJİMİNİN LƏĞVİNİ TƏLƏB ETDİ

“Azərbaycanın dünyadan təcrid olunması prosesi gedir”

İctimai Palatanın Koordinasiya Şurası dünən keçirilən iclasında Azərbaycanın Türkiyə vətəndaşlarına viza rejimini hələ də saxlaması məsələsini müzakirə edib. Müzakirələrdən sonra Koordinasiya Şurası bəyanat qəbul eləyib. Bu barədə KŞ üzvü Pənah Hüseyn məlumat verib. 


Onun sözlərinə görə, hakimiyyətə göndərilməsi və ictimaiyyətə yayılması planlaşdırılan bəyanatda bildirilir ki, Azərbaycanın bir nömrəli strateji müttəfiqi olan Türkiyə ilə və türk milləti ilə münasibətlərində nə siyasi, nə iqtisadi, nə diplomatik maraqlarla məntiqi bir izahı olmayan viza rejiminin hələ də ləğv olunmaması kəskin pislənilib. Azərbaycan hökumətinin Türkiyə vətəndaşlarına viza rejimini ləğv etməməsi Azərbaycanın milli maraqların zidd hərəkət kimi qiymətləndirilib. Tələb edilib ki, Azərbaycan tərəfi türk vətəndaşları üçün viza rejimini təcili şəkildə heç bir şərt irəli sürmədən ləğv etsin. Bəyanatda həmçinin tələb edilir ki, Türkiyə ilə viza rejiminin ləğv olunmasını tormozlayan, buna əngəl olan amillər və şəxslər barədə də məlumat verilsin. Təqsirli şəxslərin ifşa olunmasına ehtiyac olduğu vurğulanır.
Bəyanatda Avropa Birliyi ölkələri ilə gediş-gəlişin sadələşdirilməsi prinsiplərinin tətbiqi hökumətdən tələb olunub. O cümlədən Azərbaycan barədə gediş-gəliş məsələsində müsbət qərarlar qəbul etmiş digər ölkələr haqda da onların atdığı addıma müvafiq qərarların qəbulu tələb olunub.

Bəyanatda həmçinin Azərbaycanın dünyadan təcrid olunması prosesinin getdiyindən narahatçılıq ifadə olunub. Bildirilib ki, Qarabağ məsələsində Azərbaycana qarşı təzyiqlərin güclənməsi və Azərbaycan üçün strateji əməkdaşlığın istər beynəlxalq təşkilatlar, istərsə də ayrı-ayrı dövlətlərlə, Avropa Birliyi ilə əməkdaşlığın vacib olduğu bir şəraitdə ölkənin dünyanın təcrid siyasəti yürüdülməsi də ölkəni təhlükələrlə üz-üzə qoyur. Hakimiyyətdən Azərbaycanın dünyadan təcrid etmə siyasətini durdurmaq tələb edilib.






22 İyun, 2011  17:21 Baxılıb: 947 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner