Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

RUSİYADAN AZƏRBAYCANA NÖVBƏTİ ZƏRBƏ

Gümrüdəki hərbi hissənin silahları Ermənistana veriləcək

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı siyasətində yumuşalmaların olması barədə səslənən fikirlər təsdiqini tapmadı. Bu ayın 25-də prezidentlərin Kazan görüşündə münaqişənin həllilə bağlı müəyyən razılaşmanın əldə olunacağı gözlənilirdi. Amma indidən demək olar ki, Kazan görüçünə olan ümidlərin doğrulma ehtimalı azdırş  

Rusiya Müdafiə Nazirliyinin MDB dövlətləri ilə hərbi əməkdaşlıq idarəsinin rəisi, polkovnik Andrey Qusev müdafiə və təhlükəsizlik üzrə Federasiya Şurasının iclasında bildirib ki,
Ermənistanda yerləşdirilən 102-ci Rusiya hərbi bazasının silah-sursatları bu ölkəyə veriləcək.

Qusev deyib ki, silahlar pulsuz Ermənistanın silahlı qüvvələrinə veriləcək.

Rusiya hərbi bazası Moskva və Yerevan arasında 1995-ci il tarixli ikitərəfli müqaviləyə əsasən Ermənistanın Gümrü şəhərində yerləşdirilib. Ermənistanda yerləşdirilən Rusiya hərbi bazası haqqında protokol növbəti 5 illik dövrə avtomatik uzadılma ilə onun respublikada 25 ildən 49 ilə qədər qalmasını nəzərdə tutur. Baza sülhməramlı məqsədlərin icrası və iki ölkənin qoşunlarının birləşdirilmiş qruplaşması tərkibində Ermənistanın Silahlı qüvvələri ilə birgə kənardan mümkün təcavüzdən qorunmaq üçün qüvvə qismində hərəkət üçün nəzərdə tutulub.

Prezidentlərin Kazan görüşü və Bakıda 26 İyun Ordu Günündə Hərpi Paradın təşkili ərəfəsində Rusiyadan Ermənistana edilən bu jest birmənalı qarşılana bilməz. Bu həm də Azərbaycanda son zamanlar səslənən müharibə bəyanatlarına Rusiyanın cavabıdır.

RAMİL






22 İyun, 2011  16:55 Baxılıb: 1588 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner