Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

HAVANIN TEMPERATURU DÜŞƏCƏK

Bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək

Bakı və Abşeron yarımadasında iyunun 23-də havanın buludlu olacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir, şimşək çaxacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, güclü şimal küləyi axşama doğru mülayimləşəcək. Gecə 18-23, gündüz 22-26, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

İyunun 24-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 22-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 23-də şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.
Mülayim qərb küləyi gecə və səhər arabir güclənəcək. Gecə 18-23 dərəcə, gündüz 24-29 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 14-18 dərəcə isti olacaq.

İyunun 24-də şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Gecə 17-22 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.






22 İyun, 2011  16:55 Baxılıb: 1067 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner