Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Firefox” səyyahının beşinci versiyası istifadəyə verilib

“Mozilla”da səyyahın hazırlanması konsepsiyasını dəyişiblər və sabit quraşdırılmaları daha tez-tez istifadəyə verməyi planlaşdırırlar.

“Mozilla Foundation” təşkilatı “Firefox” məşhur səyyahının beşinci versiyasını istifadəyə verib. 5-ci versiyanı firefox.com saytından yükləmək mümkündür. 
“Firefox 5” CSS-animasiyalı səyyahın yeni versiyasında HTML5, “Javascript” ilə iş yaxşılaşdırılmış və kompyuter resurslarının istifadəsi optimallaşdırılmışdır.
Nəzərə çarpan yeniliklərdən biri "Do-not-track" funksiyasıdır. Bu funksiya aktiv olduqda səyyah saytlara istifadəçinin ziyarət etdiyi resursları bölüşmək istəmədiyi xəbərini verir.
Ümumi olaraq “Firefox 5”-də əvvəlki, səyyahın 4-cü versiyası ilə müqayisədə 1000-dən çox müxtəlif düzəliş və yenilik var. Bundan başqa, həm də səyyahın xarici görünüşü dəyişilib.
Qeyd edək ki, “Firefox 4” 2011-ci ilin mart ayında istifadəyə verilib. Səyyahın 3.6versiyasından “Firefox 4”-ə keçid üçün 1 ildən çox vaxt sərf edilib. 4-cü versiyanın beta testi isə təxminən 8 ay davam edib. Son zamanlar “Mozilla”da səyyahın hazırlanması konsepsiyasını dəyişiblər və sabit quraşdırılmaları daha tez-tez istifadəyə verməyi planlaşdırırlar.






22 İyun, 2011  15:22 Baxılıb: 1176 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner