Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Hakim partiyaya itki üz verdi

YAP-ın Balakən təşkilatının sədri yol qəzasında dünyasını dəyişdi

Rayon hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə iyunun 21-də saat 19.00 radələrində Böyük Qafqaz sıra dağlarının cənub ətəyində - Balakən rayonu ərazisindəki “Qubek” dağı adlanan ərazidə qeydə alınıb. 

Balakən rayon sakini, 1985-ci il təvəllüdlü Yekəyev Elnur Həsrət oğlunun idarə etdiyi UAZ markalı, dövlət qeydiyyat nişanı olmayan avtomobil “Qubek” dağı ərazisində dərəyə yuvarlanıb. Baş vermiş qəza nəticəsində avtomobildə olan YAP-ın Balakən rayon təşkilatının sədri, 2011-ci ilə qədər Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) baş həkimi vəzifəsində işləmiş, 1954-cü il təvəllüdlü Uluxanov Akif Hümbət oğlu hadisə yerində keçinib.

E. Yekəyev və avtomobildə olan digər sərnişinlər - Akif Uluxanovun oğlu, 1989-cu il təvəllüdlü Uluxanov Kənan Akif oğlu və 1955-ci il təvəllüdlü Göylərov Qəhrəman Abdurzaq oğlu aldıqları müxtəlif bədən xəsarətləri ilə Balakən MRX-ya yerləşdiriliblər.

Balakən MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində ağır xəsarət alan Kənan Uluxanov Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib, digər xəstələrin vəziyyəti isə orta-ağır sayılır.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanıb, hadisənin baş vermə səbəbləri araşdırılır.






22 İyun, 2011  14:44 Baxılıb: 1099 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner