Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

SEVDA ƏLİQIZI AİLƏ HƏYATI QURMASI İLƏ BAĞLI AÇIQLAMA VERİB

Azərbaycanın estrada müğənnisi Sevda Əliqızı 15 iyun tarixində Türkiyənin İzmir şəhərində baş tutmuş toyunun detalları barəsində ilk dəfə danışdı

Türkiyə iş adamı ilə ailə həyatı quran müğənni, işlərinin çoxluğu ilə əlaqədar Bakıya qayıdan kimi həyatında baş verən xoş hadisəyə şərh vermək üçün özü maraqlı oldu.

"Başa düşə bilmirəm, ailə həyatı qurmağımda nə qəbahət görüblər? Yalandan, gizlindən toy etməmişəm ki? Mənə təsir edən odur ki, bəzi etibarlı mənbə kimi göstərilən mənə yaxın insanlar mediaya əsası olmayan məlumatlar ötürürlər. Yazılanlara görə, guya, oğlum mənim ailə həyatı qurmağıma narazı olub. Guya, təkcə anam toyumuza qatılıb. Axı, necə ola bilər ki, oğlum mənimlə Türkiyəyə getdiyi bir halda, bu kimi xəbərlər saytlarda şişirdilmiş formada yazılır. Bəli, illərdən bəri dostluq etdiyim və duet ortağım olan əməkdar artist Səməd Səmədov özü təsdiqləmişdi ki, Sevda Əliqızı ailə həyatı qurur. Heç kimə izn vermərəm ki, müxtəlif forumlarda şəxsiyyətimə toxunan sözlər yazsınlar. Lazım gələrsə, hüquq-mühafizə orqanlarına müraciət edib boşboğaz insanların kimliklərini aydınlaşdırar və onlara kim olduğumu göstərərəm. Ayıb olsun o insanlara ki, mənim ailə həyatı qurmağımı müzakirəyə çıxarıb ağızlarına gələni yazırlar. Mən uşaq deyiləm. Qoy, hamı öz işi ilə məşğul olsun!" - hiddətdolu açıqlamasını Sevda xanım bu sözlərlə dilə gətirdi.






22 İyun, 2011  00:54 Baxılıb: 3756 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner