Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

KARELİYADA 3 GÜNLÜK MATƏM ELAN EDİLİB

Qəzaya uğramış təyyarənin qara qutuları nəzərdən keçirilir

Rusiyanın Kareliya respublikasının başçısı baş vermiş təyyarə qəzası ilə əlaqədar 3 günlük matəm elan edib. Respublika ərazisində iyunun 22-dən 24-dək bütün dövlət bayraqları endiriləcək, əyləncəli verilişlər və tədbirlərin isə təxirə salınması qərara alınıb. 

Qeyd edək ki, Moskvadan uçan Tu -134 sərnişin təyyarəsinin Petrozavodsk aeroportundan 700 metr aralıda qəzaya uğraması nəticəsində 44 nəfər ölüb, 8 nəfər ağır xəsarət alıb.

Qəzanın səbəbi ilə bağlı araşdırmalar davam etdirilir. Rosaviasiya şirkətindən verilən məlumata görə aeroportun infrastrukturu , o cümlədən uçuş-enmə zolağının işıqlandırılması təyyarənin həmin aerodromu işıqla təmin edən elektrik ötürücü xəttinə çırpılması anınadək qüsursuz olub. Şirkətin nümayəndəsinin sözlərinə təyyarə naməlum səbəblərdən vaxtından əvvəl yerə enməyə başlayıb. Bununla da, qəzanın səbəbləri ilə bağlı təyyarədə texniki nasazlıq, pis hava şəraiti və insan faktoru versiyaları qalır. Rusiya baş nazirinin müavini Serqey İvanov da bəyan edib ki, ilkin ehtimallara görə təyyarə qəzası pilotun səhvi və pis hava şəraiti səbəbindən baş verib.






22 İyun, 2011  00:44 Baxılıb: 1019 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner