Konsert iyulun 21-də olacaq
Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Londonda konsert proqramı ilə çıxış edəcək.
APA-nın müğənninin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, konsert iyulun 21-də “Under the Bridge” klubunda keçiriləcək.
Xatırladaq ki, Emin iyulun 7-də Bakıda Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış edəcək. Konsert çərçivəsində müğənninin yeni klipinin təqdimatı da olacaq. Hər dəfə olduğu kimi, Emin bu konserti də xeyriyyə məqsədi daşıyır.