Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Elmlər Akademiyasının zəlzələ xəbərdarlığı

Bəzi ərazilər çox təhlükəlidir

Azərbaycan seysmik baxımdan çox təhlükəli zonada yerləşir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə AMEA-nın Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov bildirib.

"Ərəb piltəsinin hərəkəti nəticəsində davamlı olaraq sıxılma prosesləri gedir. Deformasiya prosesləri nəticəsində zəlzələlər, vulkan püsgürmələri, yerdə yarıqlar, yeni çatlar əmələ gəlir. Bu isə Azərbaycan infrastrukturu, xüsusilə neft infrastrukturu üçün böyük təhlükə yaradır", - Qədirov deyib.

O qeyd edib ki, institutun işinin bir hissəsi monitorinq aparmaq, geodinamik şəraitə nəzarət etməkdir. Digər istiqamət isə neft yataqlarında başqa seysmik metodlarla əmələ gələn zərərləri öyrənməkdir.

"Azərbaycanda geodinamik vəziyyət o qədər də yaxşı deyil, bəzi ərazilər çox təhlükəlidir. Orada çox güclü deformasiya prosesləri gedir. Bəzi ərazilərdə uzaqda baş verən zəlzələlər hiss olunur. Bizim bəxtimiz gətirib ki, həmin ərazilərdə infrastruktur yoxdur", - Qədirov əlavə edib.

Onun sözlərinə görə, institutun əməkdaşları artıq 10 ildir ABŞ ekspertləri ilə birgə tədqiqatlar aparırlar.

"Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin seysmik təhlükəsizliyi ilə bağlı ciddi işlər aparılır və deformasiya proseslərinə nəzarət edilir. Hazırda BTC-də seysmik vəziyyət normaldır", - şöbə müdiri bildirib.






21 İyun, 2011  16:32 Baxılıb: 1081 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner