Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

RUSİYADA DƏHŞƏTLİ TƏYYARƏ QƏZASI-VİDEO

52 nəfərdən 44 öldü

Rusiyanın Koreliya regionunda «RusEyr» aivaşirkətinə məxsus Tu-134 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 44 nəfər ölüb. 8 nəfər sağ qalıb. Onlardan biri təyyarənin stüardessası, biri isə uşaqdır. Xəsarət alanlardan 7-nin vəziyyətinin ağır olduğu xəbər verilir. Moskvanın Domodedovo aeroportundan Petrozavodska uçan təyyarənin göyərtəsində 43 sərnişin və 9 ekipaj üzvü daxil olmaqla 52 nəfər olub. Ölənlər arasında Rusiyanın futbol üzrə çempionatının hakimi Vladimir Pettay da var. Bundan başqa, təyyarənin göyərtəsində İsveçrə vətəndaşının da olduğu müəyyən edilib. Ekipaj üzvlərindən isə yalnız stüardessa sağ qalıb.

Güclü duman və yağış şəraitində yerə enməyə çalışan təyyarə uçuş-enmə zolağından 700 metr məsafədə şosseyə düşüb, parçalanıb və yanıb. Şahidlərin sözlərinə görə təyyarə möcüzə nəticəsində yaşayış evlərinin üstünə düşməyib. Təyyarənin hissələrinin evlərdən 20 metr aralıda aşkar edildiyi bildirilir.

Hadisə yerində altı yanğınsöndürmə dəstəsi, fövqəladə hallar nazirliyinin respublika idarəsinin operativ qrupu və doqquz təcili yardım briqadası işləyir. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 2 və daha çox adamın ölümünə səbəb olaraq avialaynerin istismar qaydalarının pozulması maddəsi üzrə cinayət işi açılıb. Təyyarənin düşdüyü yerdə hər iki qara qutu tapılıb. Qəzanın dəqiq səbəbi müəyyən edilməsə də, pis hava şəraiti əsas versiyadır. Bundan başqa, insan faktoru da nəzərdən keçirilir. Belə ki, qəzanın digər səbəbi kimi pilotun səhvi və ya yerli aeroport xidmətinin səhlənkarlığı göstərilir. Elektrik enerjisinin kəsilməsi ilə əlaqədar Tu-134 təyyarəsinin yerə enişi zamanı uçuş-enmə zolağının qaranlıq olduğu bildirilir.

 






21 İyun, 2011  16:05 Baxılıb: 1436 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner