Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dram Teatrının keçmiş direktoru indiki rəhbərliyin islahatını tənqid etdi

“Səriştəsi olan rejissorlara qarşı belə qəddarlığı qəbul etmirəm”

“Rejissorsuz teatr ola bilməz. Direktor və ya o biri personallar gedə bilər, ancaq teatrda rejissor mütləq olmalıdır. Teatrın əsas döyünən ürəyi rejissordur. Biri zəif, birinin güclü ola bilər, amma şəxsən daimi rejissor olmasının tərəfdarıyam. Başqa variantları qəbul edə bilmirəm. Teatrın rejissorsuz olmasından ağlım bir şey kəsmir”. Bu sözləri APA-ya açıqlamasında Akademik Milli Dram Teatrının keçmiş direktoru və hazırda təqaüddə olan Maqbet Bünyatov deyib. 

Sabiq direktor əsaslı təmirdən sonra tez-tez teatra gəldiyini və bu zamana kimi üç tamaşaya baxdığını deyib. Maqbet Bünyatov teatrın yeni direktoru İsrafil İsrafilovun idarəçilik işi ilə tanış olmadığını açıqlayıb: “İsrafil İsrafilov professor adamdır, teatrşünasdır, amma onun idarəçilik işi ilə tanış deyiləm. Necə ola bilər ki, bu teatrın hər bir santimetrində mənim əməyim olsun, amma teatra biganə qalım? Məni yeni və yaxşı tamaşalarla təəccübləndirə bilərlər. Başqa yerlərdən rejissorlar dəvət edirlər, amma səriştəsi olan rejissorlara qarşı bu münasibəti, elə qəddarlığı qəbul etmirəm. Bəhram Osmanovun, Mərahim Fərzəlibəyovun kənarda qalmasının tərəfdarı deyiləm”.

Keçmiş direktor vəzifədən gedəndən sonra da teatra biganə qala bilmədiyini etiraf edib: “Teatr ürəyimin bir parçasıdır. Çox istərdim bu səhnədə “Otello”ya baxım. Afaq Məsudun və Kamal Abduallanın bu teatra cəlb olunmasında mənim az əməyim olmayıb. Və mən bu iki dramaturqdan çox şeylər gözləyirəm. Mənim vaxtıma teatrın təmir dövrü düşdü. Sözsüz ki, bu dövrdə özümü sübut etməyim qeyri-mümkün idi. Ona görə sübut edə bilmədim ki, bir paça kağızla “çök” qərarı verildi və çökdük. İki otaqlı yerdə teatrı iki il saxladıq. Bunun nə dərəcədə çətin olduğunun fərqindədirlərmi? 8-9 xarici qastrollarımız oldu. Bu asandır məgər?”

“Yenidən teatra rəhbərlik etmək təklifi gələrsə, bu teatra qayıdarsınızmı?” sualına isə “bir daha bu teatra qayıtmaram, çünki öz missiyamı yerinə yetirmiş hesab edirəm. Fəxrlə deyirəm ki, hazırda təqaüddəyəm və rahatam” deyə cavab verib.

Onu da bildirək ki, Maqbet Bünyatovla teatrda premyerası keçirilən “Qatarın altına atılan qadın” tamaşasının nümayişi zamanı görüşdük. M. Bünyatov teatrda göstərilən bir çox səhnə əsərlərinin tamaşaçısıdır və hələ də teatrdakı yeni tamaşalarla yaxından maraqlanır.






20 İyun, 2011  19:09 Baxılıb: 1262 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner