Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ!

Azərbaycanın orta məktəblərinə müəllimlərin işə qəbulu üzrə imtahanlar avqustda keçiriləcək

Bunu Təhsil Nazirliyinin (TN) Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, imtahanların keçirilməsinə avqustun 1-dən başlanacaq. İmtahanların nə vaxt yekunlaşacağı isə sənəd verən namizədlərin sayından asılı olacaq.

"Sənəd verən namizədlərin sayı nə qədər çox olsa, imtahanların davam etmə müddəti də bir o qədər uzun olacaq. Çünki imtahanlar hər bir fənn üzrə keçiriləcək", - Qədirov əlavə edib.

O deyib ki, ərizə qəbulu iyulda aparılacaq.

Hazırda Azərbaycanın ümumtəhsil məktəblərində 2 minədək müəllimə ehtiyac var. Bunun 800-ə qədəri həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu yerlər üzrədir.

Müəllimlərin işə qəbulunda yeni mexanizmin tətbiqinə 2009-cu ildən başlanıb. Bu il Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli olacaq. Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndiriləcək. Daha sonra namizədlər test imtahanı verəcəklər. Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçəcəklər.

Bu ilədək işə qəbul zamanı yalnız namizədlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilirdi və onlar test imtahanı verirdilər.






20 İyun, 2011  18:16 Baxılıb: 1081 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner