Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Rusiya səfirliyinin qarşısında intihara cəhd

Moskvaya getmək istəyən azərbaycanlı özünü yandırmaq istəyib

Bu gün saat səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu Bakıxanov küçəsində yerləşən Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin qarşısında həyəcanlı vəziyyət yaranıb. Nəsimi rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, Rusiya vətəndaşı Hüseynov Aqil Telman oğlu əlində benzin və kibrit tutaraq, özünü yandıracağını deyib.
Hadisə yerinə gələn polis nəfərləri həmin şəxsi sakitləşdirməyi bacarıb.


Verilən məlumatda bildirilir ki, A.Hüseynov bir neçə dəfə Azərbaycanı tərk etmək istəsə də, sənədlərində yaranan problemlər səbəbindən sərhədi keçə bilməyib. Nəticədə çıxış yolu tapa bilməyən şikayətçi səfirliyi özünü yandıracağı ilə hədələyib. Hazırda A.Hüseynovun problemi araşdırılır.


Qeyd edək ki, özünü yandıracağını deyən şəxsin ailəsi Rusiya paytaxtında yaşayır.






20 İyun, 2011  17:31 Baxılıb: 1150 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner