Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Sərdar Cəlaloğlunun məntiqi: ölümə məhkum İctimai Palata

"İctimai Palatanın özünü məhdudlaşdırması məhvə məhkum olacağını göstərən faktorlardan biridir"

“İctimai Palata kölgə parlamenti ideyasını reallaşdıra bilmədi. Halbuki ölkədə bu ideyanın reallaşması üçün böyük potensial və zərurət var. Çalışmalıyıq ki, kölgə parlamenti ideyasını başqa formada formalaşdıraq. Yəni İctimai Palatanın görə bilmədiyi işi biz həyata keçirək. Artıq bu istiqamətdə müəyyən işlər aparmaq istəyirik”.

Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. ADP sədri deyib ki, özünü məhdudlaşdırma məhv olmanın səbəblərindən biridir: “Açıq sistemlər yaşama qabiliyyətinə malikdir və həyat üçün yeni enerji alır. İctimai Palatanın seçim etməsi və özünü məhdudlaşdırması qabaqcadan onun uzunömürlü olmayacağını və məhvə məhkum olacağını göstərən faktorlardan biri idi. Bu gün də həmin sindromun get-gedə İctimai Palatanı məhvə apardığını görürük”.

S. Cəlaloğlu qeyd edib ki, bu, bir elmi yanaşmadır. İnsanın ölümünün də səbəbi orqanizmin qapalı vəziyyətə keçməsidir: “Bu baxımdan da İctimai Palatada əvvəlcədən elə prinsiplər müəyyənləşdirilmişdi ki, həmin yanaşmalar, həmin prinsiplər qurumun yeniləşməsinə, inkişafına, genişlənməsinə imkan vermirdi. Bu amillərdən məhrum olmaq isə ölmək məhkum olmaq deməkdir”.






20 İyun, 2011  16:08 Baxılıb: 1125 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner