Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Mitinqdə jurnalistlər döyülüb?

Mətbuat Şurası monitorinq keçirdi

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu İctimai Palata adlanan qurumun dünənə təyin edilmiş icazəsiz aksiyasında jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinə yaradılan şəraitin monitorinqini aparıb. Monitorinq zamanı prosesi işıqlandıran kütləvi informasiya vasitələri təmsilçiləri ilə bağlı hər hansı insidentin qeydə alınmadığı müəyyənləşdirilib" Trend-in məlumatına görə, bunu MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə deyib.

Hüseynzadə bildirib ki, aksiyanı işıqlandıran media nümayəndələrinin əksəriyyəti üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olublar. Bu, onların fərqlənmələrinə imkan verib.

İcraçı katib həmçinin bəzi jurnalistlərin prosesə xüsusi geyimlərdə qatılmamalarına dair halların da olduğunu deyib.

"Mətbuat Şurası həmişə bununla bağlı tövsiyələrini verir. Kütləvi aksiyaları, xüsusən də icazəsiz xarakter daşıyan mitinqləri işıqlandıran bütün jurnalistlərin prosesə üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə qatılmaları vacibdir. Bu, yarana biləcək hər hansı insident zamanı onların hüquqlarının müdafiə baxımından əhəmiyyətlidir" Hüseynzadə bildirib.

Qeyd edək ki, Mətbuat Şurasının monitorinq qrupunun tərkibinə Şura ilə yanaşı hüquq-mühafizə orqanlarının əməkdaşları da daxildirlər.






20 İyun, 2011  15:43 Baxılıb: 1099 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner