Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNİN RƏHBƏRLƏRİ MƏSULİYYƏTƏ CƏLB OLUNUB

Bu gün Penitensiar Xidmətin (PX) Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, müşavirədə PX rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi iştirak ediblər. 
Gündəlik məsələlər Məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumların əməyinin təşkili və azadlıqdan məhrum edilən şəxslərin cəzadan vaxtından əvvəl şərti azad edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, habelə cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi ilə bağlı vəziyyətin müzakirəsindən ibarət olub. Ədliyyə nazirinin müavini, PX-in rəisi Mədət Quliyev müşavirəni açaraq, qeyd edib ki, hər iki məsələ ilə əlaqədar artıq aidiyyəti xidmət sahələri ilə müşavirələr keçirilib, əsas istiqamətlər müəyyənləşdirilərək konkret tapşırıqlar verilib. Həmin müşavirələrdən keçən dövr ərzində hər iki məsələ ilə bağlı , tabe qurumların fəaliyyətində müəyyən dönüş hiss olunmaqdadır. Lakin bununla belə, həm məhkumların əməyinin təşkili, həm də onların cəzadan vaxtından əvvəl şərti azad edilməsi və ya cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi hüquqlarının təmin olunması sahəsində çatışmazlıqlar mövcuddur.
Müşavirədə hal-hazırda Məntəqə tipli cəzaçəkmə müəssisələrində təsərrüfatın inkişaf etdirilməsi, həmin müəssisələrdə saxlanılan məhkumların ictimai-faydalı əməyə cəlb olunması ilə bağlı görülən işlər müzakirə olunmuş və ayrı-ayrı müəssisələrin bu sahədəki göstəriciləri təhlil olunub.

Məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi hüquqlarının təmin olunması məqsədilə PX rəisinin əmri ilə yaradılan komissiyanın sədri, PX-nin rəis müavini Hüseyn Əlixanov son üç ay ərzində bu sahədəki vəziyyət haqqında məlumat verib. Qeyd olunub ki, ötən dövr ərzində bir sıra hallarda normativ sənədlərin tələblərinə tam riayət edilməyib, nəticədə bir sıra pozuntulara yol verilib. Bununla bağlı bir sıra cəzaçəkmə müəssisələrinin rəhbərləri intizam məsuliyyətinə cəlb olunublar






17 İyun, 2011  22:44 Baxılıb: 1170 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner