Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanın öz cipi olacaq

Maşınlar Naxçıvanda istehsal ediləcək

Bu ilin sentyabrından Naxçıvan Avtomobil Zavodunda «Lifan» markalı avtomobillərin «offrouder» («cip» tipli) modellərinin istehsalına başlanacaq.

Bu barədə «APA-ECONOMICS»ə Naxçıvan Avtomobil Zavodunun satış və marketinq departamentinin direktoru Tamerlan Abdullazadə bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı hazırlıq işləri aparılır.

Xatırladaq ki, hazırda zavodda «Lifan» avtomobilləri 4 modifikasiyada buraxılır - «Lifan-320», «Lifan-520», «Lifan-520i» və «Lifan-620». Avtomobillərin mühərriklərinin həcmi 1,3-1,6 litr, qiymətləri 8 200-12 400 manat arasındadır.

Zavodda taksi avtomobilləri də istehsal edilir - onların qiyməti 11 800 manat, kreditlə 12 700 manat təşkil edir. Taksi avtomobilləri 30% ilkin ödənişlə 2 illiyə satılır. Sığorta, icbari sığorta və notarius haqqı da daxil olmaqla ilkin ödənişin məbləği 4203 manat təşkil edir. Avtomobillərə 2 il və ya 40 min kilometr üçün zəmanət verilir. İndiyədək zavodda 280 ədəd taksi avtomobili istehsal edilib. Ondan 240 ədədi satılıb, 40-nın da sifarişçiləri var. Taksi avtomobillərinin hamısının alıcısı Naxçıvan MR-dədir.

Naxçıvan Avtomobil Zavodunun istehsal gücü 5 min avtomobildir. Bu il 2 minə yaxın avtomobilin istehsalı nəzərdə tutulur.






17 İyun, 2011  19:59 Baxılıb: 1795 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner