Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SİYASƏT

"Məhbəsdə olanların şəkillərini hər gün yayın"

İctimai Palatanın vəkilləri üzünü mətbuata tutdu

Simsar.az-ın məlumatına görə, vəkillər Əsabəli Mustafayev, Yalçın İmanov, Xalid Bağırov, Nemət Kərimli, İctimai Palatanın Məhbusların hüquqlarını müdafiə komitəsinin üzvləri Vaqif Hacıbəyli, Nurəddin Məmmədli və s. şəxslərin iştirak etdiyi mətbuat konfransında 2 aprel mitinqlərinə görə həbsdə olan şəxslərlə bağlı media mənsublarına məlumat verilib. 

Vəkil Ə.Mustafayev bildirib ki, hazırda AXCP üzvü Cabbar Savalanlı və keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevlə birgə 18 nəfər məhbusun müdafiəsi ilə məşğuldurlar. İstintaqın qanunsuz aparıldığını iddia edən vəkil deyib ki, müdafiə etdikləri 18 nəfərin heç birinin işini bir-birindən ayırmırlar: “Bəzən beynəlxalq təşkilatların da hesabat və ya bəyanatlarında onlardan yalnız bəzilərinin adları çəkilir”.

1 saylı istintaq təcridxanasında saxlanma şəraitinin yaxşı olduğunu vurğulayan vəkil, qəzetlərə müraciət edərək deyib ki, məhbəsdə olan şəxslərin şəkillərini hər gün yaysalar, daha yaxşı olar: “Onlar bundan ruh yüksəkliyi alırlar”.

Vidadi İsgəndərovun vəkili Xalid Bağırov müdafiə etdiyi şəxslə bağlı iş haqqında məlumat verərək bildirib ki, onun işinə Göyçay rayon Məhkəməsində baxılacaq.

Arif Hacılının vəkillərindən Nemət Kərimli isə müdafiə etdiyi şəxsin konkret nədə ittiham edildiyini bilmədiklərini deyib. O, Arif Hacılının qan təzyiqinin yüksək olduğunu, həbsxanada normal müalicə imkanlarının olmadığını bildirib.

Vəkil Ə.Mustafayev deyib ki, başlanmış cinayət işi ilə bağlı bütün prosedurları həyata keçiriblər: “Biz bütün işlər barədə Avropa Məhkəməsinə müraciət edəcəyik və əminəm ki, Avropa Məhkəməsində işi udacağıq”.






17 İyun, 2011  19:51 Baxılıb: 938 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




26 İyun, 2019  12:13


26 İyun, 2019  09:42

26 İyun, 2019  09:34












25 İyun, 2019  09:32

24 İyun, 2019  19:55




24 İyun, 2019  16:46


24 İyun, 2019  14:33






24 İyun, 2019  11:52




24 İyun, 2019  11:16


24 İyun, 2019  09:41

24 İyun, 2019  09:38




22 İyun, 2019  12:34




21 İyun, 2019  15:48



sagbanner