Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycanda çaylar daşma həddində

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. 



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 75-165, Lənkəran-Astara bölgəsi çaylarında 90-210, Kiçik Qafqaz çaylarında 70-100, Naxçıvan MR çaylarında isə 104 faizini təşkil edir.
Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 427 m3/san, yəni ongünlük normanın 72,3 faizini ( 2010-cu ildə 425 m3/san olmaqla ongünlük normanın 72 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 300 m3/san, yəni ongünlük normanın 178 faizini ( 2010-cu ildə 105 m3/san olmaqla ongünlük normanın 62 faizini) təşkil edir.


Hazırda Surra məntəqəsində suyun səviyyəsi 686 sm (2010-cu il iyunun 17-də səviyyə 844 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 596 sm (2010-cu il iyunun 17-də səviyyə 766 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Salyanda 578 sm (2010-cu il iyunun 17-də səviyyə 752 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Bankədə 359 sm (2010-cu il iyunun 17-də səviyyə 438 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Araz çayının Novruzlu məntəqəsində isə 425 sm, (2010-cu il iyunun 17-də səviyyə 593 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.






17 İyun, 2011  17:18 Baxılıb: 1250 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner